İdman

Super Liqaya yüksələn klub “Qarabağ”ın futbolçusuna elçi düşdü

Sharing is caring!


“Qarabağ”ın futbolçusu Abdullah Zubir Türkiyə Super Liqasına vəsiqə qazanan “Samsunspor”un diqqət mərkəzinə düşüb.

Məlumata görə, klub mərakeşəsilli fransalı vingeri izləmək üçün Bakıya skaut göndərib. Onun hesabatı əsasında oyunçu ilə bağlı qərar veriləcək.

31 yaşlı futbolçu martın 26-da Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” – “Qalatasaray” (1:2) xeyriyyə oyununda performansı ilə Türkiyə klublarının diqqətini çəkib. Onun adı “Alanyaspor”la da yanaşı hallanır. “Qalatasaray” azarkeşləri isə sözügedən matçdan sonra sosial şəbəkə paylaşımları ilə Zubirin transfer edilməsini istəyiblər.

2018-ci ildən “Qarabağ”ın formasını geyinən Zubir bu mövsüm Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 45 oyun keçirib, 8 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Mənbə: “Fotomac”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir