İdman

Azərbaycan Kuboku: “Qəbələ” geridönüş etməklə finala yaxınlaşdı

Sharing is caring!


Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib/

Oxu.Az xəbər verir ki, ilk matçda “Qəbələ” “Səbail”i qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən matçda meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar. Qarşılaşmanın ilk 20 dəqiqəsində paytaxt klubu iki topluq üstünlük qazansa da, bunu qoruya bilməyib.

Hissənin sonuna qədər “Qəbələ” fərqi azaldıb. “Qırmızı-qaralar” ikinci yarıda daha iki qol vuraraq, geridönüşlə qələbə qazanıblar.

Tərəflər arasındakı cavab görüşü aprelin 27-də baş tutacaq.

Aprelin 19-da gerçəkləşəcək digər yarımfinal qarşılaşmasında “Neftçi” “Turan Tovuz”un qonağı olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir