İdman

AFFA “Qarabağ”, “Sabah” və “Səbail”i cərimələdi

Sharing is caring!


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, toplantıda Azərbaycan Premyer Liqasının XXIX turunda yaşananlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Səbail” – “Sabah” oyununda qonaqların dörd futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə olunub.

“Səbail” – “Sabah” oyununda qonaqların futbolçusu Con İrasabal rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına görə bir oyun cəzalanıb, klub 200 manat cərimələnib.

“Səbail” – “Sabah” oyunu başa çatdıqdan sonra qonaq komandanın baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə bir oyun cəzalanıb, klub 800 manat cərimə edilib.

“Səbail” – “Sabah” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasına görə meydan sahibi 1 600 manat cərimə olunub.

“Qarabağ” – “Kəpəz” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasına görə meydan sahibi 1 600 manat cərimə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir