İdman

“Formula-1”: Pilotlar Avstraliya ilə Azərbaycan Qran-priləri arasındakı fasiləyə qarşıdırlar

Sharing is caring!


Avstraliya ilə Azərbaycan Qran-priləri arasında üçhəftəlik fasilənin olması “Formula-1” pilotlarının narazılığına səbəb olub.

“Report” xəbər verir ki, müxtəlif komandaların iştirakçıları bununla bağlı açıqlamalarında mövsümün əvvəlində fasilə yaranmasına qarşı çıxıblar.

“Alfa Romeo”nun çinli pilotu Çjou Quanyu aprelin 16-da ölkəsində keçirilməsi planlaşdırılan mərhələnin koronavirus pandemiyasının yayılma riski səbəbindən təxirə salınmasından təəssüfləndiyini bildirib:

“Mən bu fasiləyə sevinə bilmərəm. Çünki Şanxay Qran-prisində iştirak etmək istəyirdim”.

“Red Bull”un ikiqat dünya çempionu Maks Ferstappen iştirakçılara əlavə istirahət imkanı verilməsini qəribə hal kimi qarşılayıb.

Həmçinin, “Aston Martin”in pilotu Fernando Alonso da məşq əvəzinə yarışmağı üstün tutduğunu söyləyib:

“Düzdür, Azərbaycan Qran-prisinə daha yaxşı hazırlaşmaq və ilk üç mərhələni təhlil etmək imkanı yaranıb. Ancaq bunu yarışaraq etmək daha yaxşı olardı”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 28-30-u aralığında keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir