İdman

Nazirlikdən Gəncə şəhər stadionu ilə bağlı AÇIQLAMA

Sharing is caring!


Gənclər və İdman Nazirliyi Gəncə şəhər stadionunun ot örtüyünün yararsız hala düşməsi ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, arena “Kəpəz” klubunun istifadəsinə verilib:

“Gəncə şəhər stadionu Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olsa da, “Kəpəz” futbol klubunun istifadəsinə verilib. Buna görə də stadiona xidmət məsələləri, o cümlədən də öt örtüyünün saxlanması və qulluq məsələləri klubun öhdəliyindədir”.

Xatırladaq ki, son günlər Gəncə şəhər stadionunun ot örtüyünün yararsız hala düşməsi müzakirə mövzusuna çevrilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir