İdman

“Qalatasaray”ın İkardi üçün PSJ-yə göndərəcəyi təklif məlum oldu

Sharing is caring!


“Qalatasaray” mövsümün sonunda Mauro İkardini PSJ-dən birdəfəlik transfer etmək niyyətindədir.

İstanbul klubu yayda Paris klubuna edəcəyi təklifi hazırlayıb. “Sarı-qırmızılar” argentinalı üçün 10 milyon avro ödəməyə hazırdırlar. Ancaq məbləğin birdəfəlik deyil, hissə-hissə verilməsi planlaşdırılır. Bundan başqa, müəyyən bonuslar nəzərdə tutulur.

İkardi özünü “Qalatasaray”da yaxşı hiss edir. Ancaq o, gələcək digər təklifləri də nəzərdən keçirmək fikrindədir. İstanbul klubu futbolçunu razı salmaq üçün sözləşməyə sərbəstqalma bəndi əlavə etməyi düşünür.

30 yaşlı forvard keçən ilin yayında icarəyə götürülüb. O, bu mövsüm “Qalatasaray”ın heyətində bütün turnirlərdə 16 oyun keçirib və 9 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: “Sabah”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir