İdman

Minadan zərər çəkən amputant futbolçular arasında oyun keçirildi – FOTO

Sharing is caring!


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və AFFA-nın birgə təşkilatçılığı ilə amputant futbolçular arasında oyun keçirilib.

“Report”un məlumatına görə, qarşılaşma Bakı Olimpiya Stadionunun minifutbol meydançalarından birində baş tutub.

“Minalara yox deyək” şüarı altında təşkil olunan matçda Azərbaycanın amputant millisinin üzvləri, həmçinin digər şəxslər iştirak ediblər.

Oyunu ANAMA-nın sədri Vüqar Süleymanov, AFFA-nın baş katibi Sərxan Hacıyev və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld izləyiblər.

Şərti olaraq “ağlar” və “göylər”ə bölünmüş iki komanda arasındakı matç maraqlı mübarizə şəraitində gerçəkləşib. “Ağlar” ilk dəqiqələrdə təşəbbüsü ələ alıblar. Komanda ardıcıl iki dəfə fərqlənməyə müvəffəq olub. Daha sonra “Göylər” fərqi azaltsa da, qapılarında daha iki qol görüblər.

Birinci hissə “ağlar”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci yarıda “göylər” fərqi azaltsalar, da məğlubiyyətdən qaça bilməyiblər – 4:2.

Yekunda futbolçulara xatirə hədiyyələri təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir