İdman

“Lester” baş məşqçisini qovdu

Sharing is caring!


Şimali irlandiyalı mütəxəssis Brendan Rocers “Lester”in baş məşqçisi vəzifəsini tərk edib.

Bu barədə ingilis komandasının mətbuat xidməti məlumat yayıb.

49 yaşlı Rocers 2019-cu ilin fevralında “Lester”in başına keçib. Məşqçi buna qədər “Seltik”, “Liverpul”, “Suonsi” və digər klublara rəhbərlik edib.

Onun rəhbərliyi altında komanda İngiltərə kubokunu və Superkuboku qazanıb. Tərəflər arasında müqavilənin müddəti 2025-ci ilin yayında başa çatmalı idi.

Qeyd edək ki, “Lester” İngiltərə Premyer Liqasında 28 oyunda 25 xal toplayıb və turnir cədvəlinin sonuncudan əvvəlki, 19-cu pilləsində qərarlaşıb.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir