İdman

MLS klubları birləşdi: Messini ABŞ-yə aparmaq üçün orijinal üsul tapdılar

Sharing is caring!


ABŞ MLS (Major League Soccer) klubları Lionel Messini çempionata aparmaq üçün maraqlı üsul fikirləşiblər.

Liqada tətbiq olunan maaş limiti səbəbindən hər hansı komandanın argentinalının maliyyə tələblərini qarşılaması mümkün deyil. Bu halda klublar orijinal variant fikirləşiblər. Onlar Messinin hansı MLS klubuna keçidə razılıq verməsindən asılı olmayaraq, digərlərinin məvacibinin bir hissəsini ödəməsi ilə bağlı razılığa gəliblər. Bu halda tətbiq edilən maaş limiti transferə maneə yaratmayacaq.

Klublar hesab edirlər ki, Messinin gəlişinin yaradacağı iqtisadi faydalar, xüsusilə yayım gəlirləri sayəsində onlar bu prosesdən gəlirlə ayrılacaqlar.

35 yaşlı futbolçunun adı daha çox Devid Bekhemin sahiblərindən biri olduğu “İnter Mayami” ilə hallanır. Daha əvvəl Messiyə klubun səhmlərinin 5 faizinin təklif edildiyi ilə bağlı xəbərlər yayılıb.

Mənbə: Sportskeeda.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir