İdman

“Qalatasaray” ulduzlarını Bakıya gətirir – SİYAHI

Sharing is caring!


Xeyriyyə oyununda “Qarabağ”ın qonağı olacaq Türkiyənin “Qalatasaray” klubunun Bakıya gətirəcəyi heyət açıqlanıb.

İstanbul təmsilçisinin rəsmi saytı vasitəsilə yaydığı məlumata görə, komandanın baş məşqçisi Okan Buruk 23 futbolçuya ehtiyac duyub.

“Sarı-qırmızılar”ın Mauro İkardi, Nikolo Zaniolo, Serjio Oliveyra, Lukas Torreyra kimi oyunçuları heyətdədir:

Leo Dibua, Matias Ross, Lukas Torreyra, Fredrik Midtşyö, Yunus Akgün, Atakan Ordu, Emre Taşdemir, Nikolo Zaniolo, Bafetimbi Qomis, Berkan Kutlu, Kaan Ayhan, Serjio Oliveyra, Yusuf Demir, Okan Koçuk, Abdülkerim Bardakçı, Beknaz Almazbekov, Arda Deniz Yavaş, Baran Demiroğlu, Ali Yeşilyurt, Caner Doğan, Xuan Mata, Berkan Aksoy, Mauro İkardi.

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir