İdman

UEFA-dan azərbaycanlı hakimə növbəti təyinat

Sharing is caring!


Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda idarə edəcəyi növbəti oyun bəlli olub.

O, 6-cı qrupun III turundakı Latviya – İsrail matçında əsas hakim olacaq. Məsiyevə digər həmyerlimiz Pərvin Talıbov və polşalı Mixal Sobçak laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını digər polşalı Patrik Qrıtskeviç yerinə yetirəcək.

Martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 6-cı qrupun matçları Polşada keçirilir. Məsiyev bu gün İsrail – Polşa oyununda da iş başında olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir