İdman

“İnter” Lukakunu “Çelsi”yə qaytarır

Sharing is caring!


“İnter” “Çelsi”dən icarəyə götürdüyü Romelu Lukakunu transfer etməyəcək.

Bu barədə Milan klubunun baş direktoru Cüzeppe Marotta məlumat verib.

“İcarə yalnız bir mövsümlükdür, ona görə də Romelu bizim üçün nə qədər yaxşı oynasa da, iyunun 30-da “Çelsi”yə qayıdacaq. Bu mövsüm qeyri-adi oldu. Dünya çempionatının qışda keçirilməsini nəzərdə tuturam. Lukaku bu turnirdə ən yaxşı formada deyildi. O, hələ də son illərdə olduğu optimal formasına qayıda bilməyib”, – deyə Marotta bildirib.

“İnter” Lukakunu 2022-ci ilin iyulunda “Çelsi”dən icarəyə götürüb. 29 yaşlı hücumçu bu mövsüm A Seriyası klubunun heyətində 18 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: “Sky Sports”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir