İdman

Premyer Liqa: “Sabah” səfərdə “Zirə”yə qalib gəldi

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, “Zirə” öz meydanında “Sabah”ı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 52-ci dəqiqədə Davit Volkov açıb. 10 dəqiqə sonra Coy-Lens Mikels oyunda son nöqtəni qoyub.

“Sabah” bu qələbə ilə xalını 62-yə çatdırıb və ikinci pillədədir. Masazır təmsilçisi lider “Qarabağ”dan 9 xal geri qalır. “Zirə” isə 37 xalla 4-cüdür.

Xatırladaq ki, turun açılış matçında “Qarabağ” səfərdə “Sumqayıt”ı 6 cavabsız qolla məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir