İdman

“Qarabağ”ın 17-ci medalı: Avrokuboklara vəsiqə təmin edildi

Sharing is caring!

Azərbaycan Premyer Liqasında mükafatçılardan biri dəqiqləşib.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, XXVI turda “Səbail”i 3:0 hesabı ilə məğlub edən “Qarabağ” xal hesabını 68-ə çatdıraraq ilk üçlükdə yerini təmin edib. Bununla da Qurban Qurbanovun yetirmələri həm medallardan birini, həm də avrokuboklara vəsiqəni əldə edib.

Bu, “Qarabağ”ın tarixində Azərbaycan çempionatındakı 17-ci mükafatdır. Ağdamlıların aktivində 9 qızıl, 4 gümüş və 3 bürünc medal var.

“Qarabağ” 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022 mövsümlərində çempion olub. Bölgə təmsilçisi 1993/1994, 1996/1997, 2012/2013, 2020/2021 mövsümlərində gümüş qazanıb. 2003/2004, 2009/2010, 2010/2011 mövsümlərində də üçlükdə yer alan “Qarabağ” bürünclə kifayətlənib.

Qeyd edək ki, medal sayında “Qarabağ” yalnız “Neftçi”dən geridədir. Bakılıların 20 mükafatı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir