İdman

Dünya Kuboku: Azərbaycanın daha iki idmançısı finalda

Sharing is caring!

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin daha iki üzvü finala vəsiqə qazanıb.

Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, İvan Tixonov və Nazənin Teymurova həlledici raunda yüksəliblər.

Teymurova sərbəst hərəkətlər, Tixonov isə turnikdə hərəkətlərin icrasına görə finala vəsiqə əldə edib.

Xatırladaq ki, dünən komandamızın üzvü Nikita Simonov halqalarla hərəkətlərin icrasında təsnifat mərhələsini birinci başa vuraraq finala adlamışdı.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Dünya Kubokunun finalları martın 11-12-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir