İdman

“Yuventus” 40 saniyəyə qırmızı vərəqə alan futbolçusunu cəzalandırdı

Sharing is caring!

“Yuventus”un İtaliya A Seriyasının XXV turunda “Roma” ilə ev oyununda birbaşa qırmızı vərəqə ilə meydandan qovulan futbolçusu Moyze Kinin cəzası məlum olub.

Turin klubu italyan hücumçunu cərimələyib. O, intizamsız davranışına gğrə 2 min avro ödəməli olacaq.

Xatırladaq ki, 23 yaşlı forvard “Yuventus”un 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmanın 89-cu dəqiqəsində meydana buraxılıb və cəmi 40 saniyə sonra birbaşa qırmızı vərəqə ilə oyundan qovulub.

Mənbə: “La Gazzetta dello Sport”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir