İdman

İngiltərədə turnir tarixinin ən erkən qollarından biri vurulub – VİDEO

Sharing is caring!

İngiltərə Premyer Liqasının XXVI turunda “Arsenal” “Bornmut”u qəbul edir.

Oxu.Az xəbər verir ki, “Emirates”də keçirilən qarşılaşmada turnir tarixinin ən erkən qollarından biri vurulub. “Bornmut”un futbolçusu Filip Billinq matçın 9-cu saniyə, 11-ci millisaniyəsində hesabı açıb.

“Opta”nın məlumatına görə, bu, Premyer Liqa tarixinin ikinci ən sürətli qoludur. Daha öncə yalnız “Sauthempton”un heyətində Şeyn Lonq 2018/19 mövsümündə “Uotford”la qarşılaşmada daha erkən fərqlənə bilib. Ona qol vurmaq üçün 7 saniyə, 69 millisaniyə kifayət edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir