İdman

“Mançester Siti”nin ulduzu “Real”a keçə bilər

Sharing is caring!

“Mançester Siti”nin futbolçusu Erlinq Holandın meneceri Rafaela Pimento müştərisinin gələcək karyera planları barədə danışıb.

Braziliyalı agent norveçli oyunçunun Madrid “Real”ına keçidini istisna etməyib:

“Erlinq atası “Mançester Siti”də oynadığı üçün bu komandanı seçdi. Əlbəttə, Pep Qvardiolanın komandasında oynamaq da istəyirdi. Amma biz futbolçumuz üçün karyera planlaması aparırıq. Premyer Liqa futbolçuların oynamaq istədiyi çempionatdır. Möhtəşəm liqadır və əla rəqabət var. Hər oyunçu burada çıxış etmək istəyər, amma bir “Real” həqiqəti də var. Orada oynamaq bir çox futbolçunun xəyalıdır. Bu sehr həmişə davam edir. La Liqa cəlbedici görünməyə bilər, amma Çempionlar Liqasında həmişə ən yaxşı onlardır”.

22 yaşlı hücumçu keçən ilin yayında Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçib. Onun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Mənbə: Goal.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir