İdman

Azərbaycan millisinin üzvü: “Əsas mərhələni qrup lideri kimi tamamlamalıyıq”

Sharing is caring!

DÇ-2024-ün əsas mərhələsində Yunanıstan və Polşa yığmaları ilə qarşılaşacaq Azərbaycan millisi fevralın 27-dən təlim-məşq toplanışını davam etdirir.

Dünən 2 məşq keçən komandamızın əsas qol ümidlərindən Tiaqo Bolinya oyunlarla bağlı, eləcə də komandadakı ab-hava haqda federasiyanın saytına açıqlama verib:

“Keçirəcəyimiz hər iki oyun bizim üçün əhəmiyyətlidir. Çünki komandanın qarşısına konkret tapşırıq qoyulub: əsas mərhələni qrup lideri kimi tamamlamaq. Bunun üçün də yaxşı şansımız var.

Əvvəlcə Bakıda Yunanıstan millisini qəbul edəcəyik. Oyun kənardan asan dəyərləndirilsə də, bizim üçün meydanda hadisələr heç də proqnozlaşdırıldığı kimi olmayacaq. Bunun üçün yaxşı hazırlaşmalı, oyuna konsentrasiya olmalıyıq. Düzdür, Afinada rəqibimizi 7:0 hesabı ilə məğlub etmişik. Ancaq hər oyun fərqli olur. Rəqibimizə hörmətlə yanaşmalıyıq.

Polşa ilə matça gəldikdə, bu duel çox çətin keçəcək. Onlar fiziki cəhətdən güclü, təcrübəli futzalçılardan təşkil olunmuş komandadır. Bakıdakı matçı da xatırlasaq, vəziyyət aydın olar.

Hazırda turnir cədvəlinə Azərbaycan millisi başçılıq edir. Son iki matçdan sonra da hazırkı mövqeyimizdə yer almaq istəyirik. Şansımızı düzgün dəyərləndirməyə çalışacağıq.

Komandada atmosfer çox yaxşıdır. Demək olar, hamımız yaxşı formadayıq, öz klublarımızda daimi oynayırıq, hazırıq. Problem vaxt azlığı ilə bağlıdır. Bu müddəti də FIFA təyin edir. Biz keçirəcəyimiz 5 məşqdən maksimum istifadə etməli, baş məşqçinin taktiki tapşırıqlarını mənimsəməliyik. Əmin ola bilərsiniz ki, meydana kim çıxsa, bacardığının ən yaxşısını edəcək. Yeri gəlmişkən, azarkeşlərimizə səslənirəm: martın 3-də hər birinizi Bakı İdman Sarayında gözləyirik. Dəstəyiniz bizim üçün vacibdir. İndiyə qədər bizi yalqız buraxmamısınız, bu dəfə də belə olacağına əminəm”.

Millimiz martın 3-də, saat 20:00-da, Bakı İdman Sarayında Yunanıstan, 4 gün sonra Koszalin şəhərindəki idman zalında, Bakı vaxtı ilə saat 23:00-da Polşa yığması ilə qarşılaşacaq.

Mənbə: azfutzal.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir