İdman

“Neftçi”nin xəstəxanalıq olan futbolçusunun durumuna aydınlıq gəldi

Sharing is caring!

“Neftçi”nin futbol üzrə Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Azersun Arena”da “Qarabağ”a qarşı keçirdiyi oyununda zədələnən futbolçusu Ataa Caberin durumuna aydınlıq gəlib.

“Ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında onun son vəziyyəti barədə məlumat verib:

“Ataa Caber oyun zamanı diz qapağından aşağı 6-7 sm uzunluğunda kəsilmiş-deşilmiş yara ilə əlaqədar klinikaya yerləşdirildi. İlkin müayinədən sonra sümüklərinin tamlığının pozulmadığı müəyyənləşdi, vətərlərinin də tamlığında ciddi problem yoxdur. Cərrahi işlənilərək xəstəyə elastik bandajla sıxıcı sarğı qoyuldu və o, evə buraxıldı. Sonrakı müayinələr üçün futbolçuya təkrar baxılacaq. Yəqin ki, 2 həftədən sonra tikişləri söküləcək, daha sonra isə fərdi hərəkətlərə başlayacaq”.

Dünən keçirilmiş “Qarabağ” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 1:1.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir