İdman

BƏƏ-də ilk “qızıl” – YENİLƏNİB + FOTO

Sharing is caring!

Azərbaycanın gənc karateçisi Amin Yadigarlı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fucayra şəhərində keçirilən “Karate1 Youth League” turnirində qalib olub.

Azərbaycan Karate Federasiyasının yaydığı məlumata görə, 55 kq çəki dərəcəsində yarışan idmançı bütün rəqiblərindən güclü olaraq, qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl Nicat Kərimli (75 kq) və Rumil Cəfərli (76 kq) gümüş medala layiq görülüb.

12:16

Azərbaycanın gənc karateçisi Rumil Cəfərli Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fucayra şəhərində keçirilən “Karate1 Youth League” turnirində ikinci yeri tutub.

Azərbaycan Karate Federasiyasının yaydığı məlumata görə, 76 kq çəki dərəcəsində çıxış edən idmançı yalnız finalda məğlub olaraq, gümüş medal əldə edib.

Daha əvvəl Nicat Kərimli (75 kq) də turniri ikinci yerdə başa vurub.

Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparırlar. Mötəbər yarışda  67 ölkədən 1 169 idmançı iştirak edir. Turnirdə klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət yarışır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir