İdman

Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək

Sharing is caring!

Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək.

Oxu.Az-ın məlumatına görə, ilk oyun günündə 2 görüş keçiriləcək.

Günün ilk matçında “Turan Tovuz” evdə “Zirə”ni sınağa çəkəcək. Hazırda meydan sahibləri 26 xalla 6-cı, qonaqlar isə 32 xalla 4-cü pillədə qərarlaşıblar.

Komandalar indiyədək ölkə çempionatında cəmi 2 dəfə üz-üzə gəliblər. “Qartallar” hər iki görüşdə bölgə klubunu məğlub edib. Topların nisbətində də paytaxt təmsilçisinin üstünlüyü var – 5:2. Matçların hər ikisində tərəflər qol sevinci yaşayıblar.

Günün son oyununda isə 31 xalla 5-ci sırada olan “Qəbələ” “ASCO Arena”da 16 xalla sonuncu sırada yer alan “Səbail”in qonağı olacaq.

İki kollektivin bunadək öz aralarında baş tutan 21 duelində əyalət təmsilçisi 11, bakılılar 5 qələbə qazanıblar. 5 matçda qalib müəyyənləşməyib. “Qırmızı-qaralar”ın 37 qoluna “dənizçilər” 21 topla cavab veriblər.

Son üç qarşılaşmada 3 qol vurulub. “Qəbələ” ardıcıl iki qalibiyyət əldə edib.

Azərbaycan Premyer Liqası
XXIV tur
24 fevral (cümə)

14:00. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Namiq Bəkirov
VAR: Vüqar Həsənli
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu.

19:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Tural Qurbanov
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”.

Qeyd edək ki, turun “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” oyunları fevralın 25-də, “Qarabağ” – “Neftçi” görüşü isə fevralın 27-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir