İdman

Konfrans Liqası: “Qarabağ” bu gün “Gent”lə cavab oyununa çıxacaq – AFİŞA

Sharing is caring!

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, səkkiz cavab qarşılaşması baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ” Belçikada “Gent”in qonağı olacaq. “Gelamko Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edəcək.

Azərbaycan çempionu Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazandığından istənilən heç-heçə və ya qalibiyyət komandanı 1/8 finala yüksəldəcək.

“Köhlən atlar” matça ciddi itkilərlə çıxacaqlar. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərinin heyətində də bəzi itkilər var. Yarımmüdafiəçi Endryü Hülsager zədəyə görə heyətdən çıxarılıb. Müdafiəçi Cozef Okumu və digər orta xətt oyunçusu Alessio Kastro-Montesin “Qarabağ”a qarşı oynamaları isə sual altındadır.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunları

23 fevral

21:45. “CFR Kluj” (Rumıniya) – “Latsio” (İtaliya)

İlk oyun – 0:1

21:45. “Dnepr-1” (Ukrayna) – AEK (Larnaka, Kipr)

İlk oyun – 0:1

21:45. “Partizan” (Serbiya) – “Şerif” (Moldova)

İlk oyun – 1:0.

21:45. “Anderlext” (Belçika) – “Ludoqorets” (Bolqarıstan)

İlk oyun – 0:1

24 fevral

00:00. “Gent” (Belçika) – “Qarabağ” (Azərbaycan)

İlk oyun – 0:1

00:00. “Bazel” (İsveçrə) – “Trabzonspor” (Türkiyə)

İlk oyun – 0:1

00:00. “Lex” (Polşa) – “Budo Qlimt” (Norveç)

İlk oyun – 0:0

00:00. “Fiorentina” (İtaliya) – “Braqa” (Portuqaliya)

İlk oyun – 4:0

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir