İdman

“Qarabağ” – “Gent” oyunu Türkiyədəki zəlzələyə görə sükutla başlayacaq

Sharing is caring!

“Qarabağ”ın Bakıda Belçika “Gent”inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu bir dəqiqəlik sükutla başlayacaq.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə Avropa futbol qurumu qərar qəbul edib.

“Qarabağ” – “Gent” matçı ilə yanaşı, gələn həftə avrokuboklarda baş tutacaq digər görüşlərdə də Türkiyədəki zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir