İdman

“Yuventus” yarımfinalda, “Real” 3 xalı 2 qolla aldı – VİDEO

Sharing is caring!

İtaliya kubokunda 1/4 final mərhələsinin sonuncu oyunu keçirilib.

Kubokun son sahibi olan “Yuventus” doğma meydanda “Latsio”nu qonaq edib.

Son zamanlar bəxti gətirməyən “Qoca sinyora” bu dəfə azarkeşlərini sevindirməyi bacarıb. Minimal hesabla qələbə çalan komanda İtaliya Kubokunun yarımfinalına vəsiqə qazanıb.

İspaniya LaLiqasında isə 17-ci tur davam edir.

Hazırki ölkə çempionu olan Madrid “Real”ı “Valensiya”nı sınağa çəkib.

“Santyaqo Bernabeu”da qonaqların qapısından 2 cavabsız top keçirən “Kral klubu” vacib 3 xalı qazanaraq lider “Barselona” ilə xal fərqinin (5 xal) daha da artmasına imkan verməyib – 2:0. 

Qeyd edək ki, “Valensiya” matçın 72-ci dəqiqəsindən etibarən azlıqda qalıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir