İdman

UFC Rafael Fiziyevin Geyci ilə döyüşünün dəqiq vaxtını AÇIQLADI

Sharing is caring!

Mütləq Döyüş Çempionatı (UFC) Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyevin ABŞ idmançısı Castin Geyci ilə görüşünün dəqiq vaxtını açıqlayıb.

UFC-nin rəsmi saytından verilən məlumata görə, qarşılaşma martın 18-də İngiltərənin paytaxtı Londonda keçiriləcək.

Gecənin əsas döyüşü isə britaniyalı Leon Edvardsla ABŞ təmsilçisi Kamaru Usman arasında olacaq.

Qeyd edək ki, Rafael Fiziyev son döyüşündə braziliyalı Rafael dos Anyusu məğlub edib, Castin Geyci isə ötən ilin martında Braziliyanın digər təmsilçisi Şarlis Oliveyra da Silvaya uduzub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir