İdman

“Neftçi”yə qol vuran futbolçu: “Bakılılar çox yaxşı güc nümayiş etdirdilər”

Sharing is caring!

“Neftçi” ilə oyunda bakılıların çox yaxşı güc nümayiş etdirdiklərini hiss etdik”.

“Report” xəbər verir ki, bunu Macarıstanın “Vaşaş” klubunun futbolçusu David Zimonyi Türkiyədəki təlim-məşq toplanışında “Neftçi” ilə keçirdikləri yoxlama görüşü ilə bağlı danışarkən deyib.

Bərabərliklə (1:1) nəticələnən görüşdə komandasının yeganə qolunun müəllifi olan 26 yaşlı macarıstanlı hücumçu qələbəyə layiq çıxış etdiklərini düşünür:

“Bu, bizim ilk sınaq matçımız idi. Məncə, birinci oyuna görə kifayət qədər yaxşı idik. Bərabərlik qolunu vurduğum üçün çox sevincliyəm. Cinahdan ötürmə alarkən topu qəbul edər-etməz onu uzaq küncə göndərdim. Hesab edirəm ki, sərgilənən oyuna əsasən qələbə qazana bilərdik”.

Qeyd edək ki, “Vaşaş” Antalyada növbəti yoxlama görüşünü yanvarın 14-də “Novi Pazar”a (Serbiya) qarşı keçirəcək. “Neftçi” isə ertəsi gün iki sınaq matçına çıxacaq. Laurentsiu Regekampfın yetirmələri “Medz Leqnisa” (Polşa) və “Baçka Topola” (Serbiya) ilə qarşılaşacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir