İdman

Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilindi

Sharing is caring!

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilinib.

AZƏRTAC xəbər verir ki, N.Abbasov növbəti döyüşünü martın 18-də keçirəcək.

Qazaxıstanın Almatı şəhərində keçiriləcək döyüş gecənin əsas qarşılaşması olacaq. Onun rəqibi yerli idmançı Fanil Rafikov olacaq. Döyüş “Nazia Fighting Championship” təşkilatı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, “Noqay” ləqəbli Fanil Rafikov 21 dəfə qalib gəlib, 6 döyüşdə uduzub. “Bayraktar” ləqəbli Nəriman Abbasov isə 28 döyüşdə qələbə qazanıb, 4 dəfə məğlub olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir