İdman

Azərbaycan əsilli idmançı Britaniyada nüfuzlu mükafat qazandı

Sharing is caring!

Azərbaycan əsilli britaniyalı gimnastika üzrə dünya çempionu Cessika Qədirova BBC-nin 2022-ci İlin Gənc İdmançısı mükafatını alıb.

18 yaşlı gimnast fərdi çoxnövçülükdə dünya çempionatında medal qazanan ilk britaniyalı olub.

Cessika, həmçinin sərbəst hərəkətlər üzrə də dünya çempionatında qızıl medal alıb. O, əkiz bacısı Cennifer ilə birlikdə Böyük Britaniyanın Avropa və dünya çempionatının komanda yarışlarında gümüş medal qazanmasına kömək edib. Dünya çempionatındakı bu gümüş Britaniyanın qadınlardan ibarət komandasının yarışda əldə etdiyi ən yaxşı nəticə olub.

Bu qələbə Qədirovanın 2022-ci ilin avqustunda Münhendə Avropa çempionu titulunu uğurla müdafiə etməsindən sonra baş tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir