İdman

Konfrans Liqası: Pley-offun daha iki iştirakçısı bəlli olub

Sharing is caring!

UEFA Konfrans Liqasının qrup mərhələsində V tura start verilib.

Hələlik A, B, C, D və E qruplarında 6 görüş yekunlaşıb.

Bu qarşılaşmalardan sonra pley-offa yüksələn daha 2 komandanın adına aydınlıq gəlib.

A qrupunda İtaliya “Fiorentina”sı evdə Türkiyə “Başakşehir”ini 2:1, E qrupunda isə Niderlandın “AZ Alkmaar” klubu Lixtenşteyndə “Vaduts”u eyni hesabla məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıblar.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, V tur

27 oktyabr

A qrupu

“Fiorentina” (İtaliya) – “Başakşehir” (Türkiyə) – 2:1

B qrupu

“Anderlext” (Belçika) – “Styaua” (Rumıniya) – 2:2

C qrupu

“Vilyarreal” (İspaniya) – “Hapoel” (Ber-Şeva, İsrail) – 2:2

“Austriya” (Vyana, Avstriya) – “Lex” (Polşa) – 1:1

D qrupu

“Nitsa” (Fransa) – “Partizan” (Serbiya) – 2:1

E qrupu

“Vaduts” (Lixtenşteyn) – “AZ Alkmaar” (Niderland) – 1:2

Qeyd edək ki, daha əvvəl Türkiyənin “Başakşehir”, İngiltərənin “Vest Hem”, İspaniyanın “Vilyarreal” və İsveçin “Yuroqrden” komandaları qrupdan çıxmağı təmin ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir