İdman

Çempionlar Liqası: Daha dörd komanda 1/8 finala yüksələ bilər

Sharing is caring!

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.

“Report”un məlumatına görə, A, B, C və D qruplarında keçiriləcək səkkiz oyundan sonra pley-offun daha dörd iştirakçısı müəyyənləşə bilər.

A qrupunda İngiltərə “Liverpul”u Niderlandda “Ayaks”ın qonağı olacaq. Mersisaydlılar səfərdə uduzmasalar, vaxtından əvvəl 1/8 finala adlayacaqlar. Qrupun digər matçında “Napoli” İtaliyada Şotlandiya “Reyncers”ini sınağa çəkəcək.

B qrupunda Portuqaliya “Portu”su Belçikada “Brügge”yə qalib gəlsə, pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün Madrid “Atletiko”su İspaniyada Almaniya “Bayer”i ilə görüşdə xal itirməlidir.
C qrupunda “İnter” İtaliyada Çexiyanın “Viktoriya” (Plzen) komandasını yensə, İspaniyada “Barselona” və Almaniya “Bavariya”sı arasında keçiriləcək görüşün nəticəsindən asılı olmayaraq, adını növbəti mərhələyə yazdıracaq.

D qrupunda isə “Tottenhem” İngiltərədə Portuqaliya “Sportinq”indən üstün olsa, 1/8 finala yüksələcək. Qrupun digər oyununda isə Fransa “Marsel”i Almaniyada “Ayntraxt” (Frankfurt) komandasının qonağı olacaq.

Çempionlar Liqası
Qrup mərhələsi, V tur

26 oktyabr

A qrupu
23:00. “Napoli” (İtaliya) – “Reyncers” (Şotlandiya)
23:00. “Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə)
Xal durumu: ”Napoli” – 12; “Liverpul” – 9; “Ayaks” – 3; “Reyncers” – 0.

B qrupu
20:45. “Brügge” (Belçika) – “Portu” (Portuqaliya)
23:00. “Atletiko” (Madrid, İspaniya) – “Bayer” (Almaniya)
Xal durumu: ”Brügge” – 10; “Portu” – 6; “Atletiko” – 4; “Bayer” – 3.

C qrupu
20:45. “İnter” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya)
23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)
Xal durumu: ”Bavariya” – 12; “İnter” – 7; “Barselona” – 4; “Viktoriya” – 0.

D qrupu
23:00. “Tottenhem” (İngiltərə) – “Sportinq” (Portuqaliya)
23:00. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Marsel” (Fransa)
Xal durumu: ”Tottenhem” – 7; “Marsel” – 6; “Sportinq” – 6; “Ayntraxt” – 4.

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Portuqaliyanın “Benfika”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-offa vəsiqəni təmin ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir