İdman

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi səfərdə qələbə qazandı

Sharing is caring!

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” Yunanıstan Superliqasında 9-cu tur oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Pirey təmsilçisi səfərdə “Panetolikos”un qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

“Panetolikos” – “Olimpiakos” – 0:2
Qollar: Biel, 50, Valbuena, 82

Bu qələbə ilə xalını 17-yə çatdıran “Olimpiakos” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Siyahıya 24 xalla (8 oyun) “Panatinaikos” başçılıq edir.

Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”u Yunanıstanda 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında Bakıda keçirilən ikinci oyun isə qolsuz bərabərliklə başa çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir