İdman

Riberi futbola vida etdi – VİDEO

Sharing is caring!

Fransa millisinin sabiq futbolçusu Frank Riberi peşəkar karyerasını başa vurub.

39 yaşlı yarımmüdafiəçi bu barədə öz “Instagram” hesabında yazıb.

“Top dayansa da, içimdəki emosiyalar dayanmayıb. Bu gözəl macəraya görə hamınıza təşəkkür edirəm” – F.Riberi paylaşdığı videonun şərhində qeyd edib.

Qeyd edək ki, Frank Riberinin sonuncu çıxış etdiyi komanda İtaliyanın “Salernitana” klubu olub.

F.Riberi Münhen “Bavariya”sından başqa Türkiyədə “Qalatasaray”, Fransada “Marsel”, İtaliyada “Fiorentina” kimi klubların formasını geyinib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir