İdman

“Real” Madrid Vinisiusun irqçilik qalmaqalı ilə bağlı açıqlama verdi

Sharing is caring!

“Real” Madrid klubu İspaniya televiziyasında Vinisiusun ünvanına səsləndirilən irqçi ifadələrlə bağlı açıqlama verib.

Açıqlama klubun rəsmi internet saytında yayımlanıb.

“Real” Madrid futbolda, idmanda və həyatda hər cür irqçi və ksenofobik davranışların əleyhinədir. Oyunçumuz Vinisius Junior haqqında səsləndirilən ifadələri də qıcıqlandırıcı və uğursuz olaraq səciyyələndiririk.

Vinisius futbolu sevinc, hörmət və idman ustalığına əsaslanan həyata yanaşma kimi qəbul edir və “Real” olaraq biz də ona dəstəyimizi ifadə edirik”, – deyə məlumatda bildirilir.

Klub onu da qeyd edib ki, hüquq departamenti komandanın futbolçuları haqqında oxşar fikir səsləndirən hər kəsə qarşı tədbir görməlidir.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir