İdman

“Neftçi”nin baş məşqçisi: “Bundan əvvəlki komandamdan qovulmamışam”

Sharing is caring!

“Mixay Rotaru heç vaxt məni komandadan qovmayıb. Başqa səbəblər olub, sadəcə, indi bu barədə danışmağın mənası yoxdur”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf 2021/2022 mövsümündə başçılıq etdiyi Rumıniyanın “Universitatya Krayova” komandasından istefaya göndərilməsi barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis vəzifəsindən öz istəyilə ayrıldığını bildirib:

“Klub prezidenti Rotaru ilə yaxşı münasibətim var. Düşünürəm ki, əlimizdəki imkanlar daxilində çox yaxşı işlər gördüm. Həmin vaxt zədəli futbolçularımız da çox idi”.

Qeyd edək ki, Laurentsiu Regekampf cari mövsümün əvvəlində “Neftçi”nin baş məşqçisi təyin olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir