İdman

Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaqlar

Sharing is caring!

Rusiya və Belarus paracüdoçuları Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyəcəklər.

“Report”un məlumatına görə, bu barədə Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov yarışa həsr edilmiş mətbuat konfransında açıqlama verib.

O bildirib ki, Beynəlxalq Paralimpiya Komitəsinin məlum qərarına əsasən, bu qadağa Azərbaycandakı yarışda da tətbiq olunacaq.

İ.Rəhimov qurumun noyabrda baş tutacaq Baş Assambleyasında Rusiya və Belarus idmançıları ilə bağlı məsələnin müzakirə olunacağını söyləyib.

Qeyd edək ki, paracüdo üzrə dünya çempionatı 7-9 noyabrda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir