İdman

“Napoli” “Liverpul”u, “Barselona” “Viktoriya”nı darmadağın etdi: ÇL-də gecənin NƏTİCƏLƏRİ – VİDEO

Sharing is caring!

UEFA Çempionlar Liqasında I tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, ikinci oyun günündə keçirilən bütün qarşılaşmalar artıq başa çatıb.

A qrupunun ikinci matçında “Napoli” İtaliyada İngiltərə “Liverpul”unu qəbul edib. Matç gözlənilməz nəticə ilə – “mersisaydlılar”ın darmadağınıyla yekunlaşıb – 4:1.

C qrupunda pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Çexiyanın “Viktoriya” (Plzen) klubu İspaniyada “Barselona” ilə qarşılaşıb. Burada isə hadisələr gözlənilən şəkildə inkişaf edib. Katalonlar turnirin debütantını meydana çıxamağa peşman ediblər – 5:1

Bu qrupun digər matçında isə İtaliya “İnter”i evdə “Bavariya”nı sınağa çəkib. Turun əsas oyunlarından biri kimi səciyyələndirilən matçda alman maşını Milan təmsilçisinə aman verməyib – 0:2.

Həmçinin, D qrupunun ikinci oyununda “Tottenhem” İngiltərədə Fransa “Marsel”indən üstün olub – 2:0.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

A qrupu

“Napoli” (İtaliya) – “Liverpul” (İngiltərə) 4:1

B qrupu

“Atletiko” (Madrid, İspaniya) – “Portu” (Portuqaliya) 2:1

“Brügge” (Belçika) – “Bayer” (Almaniya) 1:0

C qrupu

“Barselona” (İspaniya) – “Viktoriya” (Plzen, Çexiya) 5:1

“İnter” (İtaliya) – “Bavariya” (Almaniya) 0:2

D qrupu

“Tottenhem” (İngiltərə) – “Marsel” (Fransa) 2:0

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir