Hüquq

DİN: “Bakıda bir qrup şəxs aksiya keçirməyə cəhd göstərib”

Sharing is caring!

Xəbəral.az xəbər verir ki,Dekabrın 15-də saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar: “Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir