Tovuz rayonunda 22 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb.
XəbərAl.az-ın məlumatına görə, rayonun Hunanlar kənd sakini, 1997-ci il təvəllüdlü İsmayıl Məmmədovu bıçaqlayan həmkəndlisi 34 yaşlı Məhərrəm Tağıyev saxlanılıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.