Hadisə

“IDEAL” və “Sabina” məhkəməyə verildi: Xaricə pul çıxarıb, amma…

Sharing is caring!

“IDEAL” və “Sabina” parfumeriya və kosmetika mağazalarının sahibi “Adore Kompani” MMC məhkəməyə verilib.

Xəbəral.az xəbər verir ki, buna səbəb şirkətin xaricə valyuta göndərərək, əvəzində hər hansı mal idxal etməməsi və ya xidmət göstərməməsi olduğu bildirilir.

Belə ki, “Adore Kompani” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə protokol tərtib olunub.

Tərtib olunan protokol baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilib. İş hakim Əkrəm Qəhrəmanovun icraatına verilib.

Xatırladaq ki, həmin maddədə qeyd olunur ki, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir