Bakı Baş Gömrük İdarəsində həbslər davam edir.
Avropa.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, bu gün Bakı Baş Gömrük İdarəsinin daha 3 vəzifəli şəxsi saxlanılıb. Həbs olananlar idarənin maliyyə inspektoru Azər Baxşıyev, İlahə Əliyeva və Elçin Cavadovdur.
Xatırladaq ki, həbsləri Korrupsiya qarşı Mübarizə Baş İdarəsi və DGK-nın Əməliyyat İstintaq baş İdarəsi həyata keçirir. Mayın 17-dən başlanan əməliyyat barədə Baş Prokurorluq 2 dəfə rəsmi məlumat yayıb və həbs olunanların adlarını açıqlayıb.
XəbərAl.az