Hadisə

Nəsimi RİH-nin başçısı yaradıcı və qurucu şəxsdir

Sharing is caring!

Paytaxt Bakı şəhərinin Nəsimi rayonu 13 iyun 1969-cu ildə yaradılmışdır və bu rayonunun inzibati ərazisi 10 km², əhalisinin sayı isə 217 min nəfərdən çox olduğu bildirilir. Nəsimi rayonu Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır və bu rayonun ərazisində qəsəbə, kənd və digər inzibati ərazi dairələri yoxdur. Hal-hazırda bu rayonun ərazisində 19 iri sənaye müəssisəsi, 4 Elmi Tədqiqat və Layihə İnstitutu, 13 bank və onların filialları, 9 rabitə müəssisəsi, 11 mehmanxana, 8 ali məktəb (Azərbaycan Neft Akademiyasi, Musiqi Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Slavyan Universiteti, Bakı Asiya Universiteti, Azərbaycan Universiteti, Bakı Qızlar Universiteti), 33 orta məktəb, 4 orta ixtisas və peşə məktəbi, 8 məktəbdənkənar tərbiyə müəssisəsi, 2 musiqi məktəbi, 47 körpələr evi-uşaq bağçası, 11 xəstəxana, 11 poliklinika, 13 memarliq abidəsi var. Əhalinin istirahəti və asudə vaxtının səmərəli keçirilməsi məqsədilə rayonda 12 istirahət parkı salınmışdır. 1 mədəniyyət evi, 3 kinoteatr, 6 kitabxana, Heydər Əliyev Sarayı, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Dəmir Yolu Vağzalı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, 28 May, C.Cabbarlı, 20 Yanvar və Memar Əcəmi metrostansiyaları bu rayonunun ərazisində yerləşir. Bundan əlavə, rayonda 14 siyasi partiyanın rayon şöbəsi, 45 qeyri-hökümət təşkilatı, 17 beynəlxalq təşkilat, 7 dini icma, 3 seçki dairəsi fəaliyyət göstərir. Bütün bunlar onu göstərir ki, Bakı şəhərinin Nəsimi rayonu olduqca strateji əhəmiyyət kəsb edən rayonlardan biridir və bu rayon da respublikamızın dövlətçilik tarixində xüsusi rol oynayan rayonlardan biri olub. Buna müxtəlif amillərin varlığı və baş verən bir çox ictimai-siyasi proseslər öz təsirini göstərir ki, bu da son anda Nəsimi rayonunun adının dillər əzbəri olmasına səbəb olur. Bundan əlavə, ötən illər ərzində bu rayonun dövlətçiliyimizin qorunub saxlanması yöndə oynadığı rol heç də yaddaşlardan çıxmayıb. Belə bir səbəblər üzündəndir ki, zaman-zaman tam əksəriyyətin nəzər-diqqəti Nəsimi rayonuna yönəlir və bu rayonda baş verən proseslər, əldə olunan naliyyətlər, nöqsan və problemlər daim müzakirə obyekti olur. Qeyd edək ki, 2 sentyabr 2015-ci il tarixdən bu rayona Asif Yunis oğlu Əsgərov rəhbərlik edir. Bu şəxsin həyat və fəaliyyəti haqqında lazımi məlumatları əldə etdikdə bəlli olur ki, Asif Əsgərov 1966-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu (indiki İdman Akademiyası), 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını başa vuran Asif Əsgərov, 1989-cu ildən əmək fəaliyyətinə başlayır. Bu şəxs ilk dəfə olaraq Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən “ATTİLA” idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi,

2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı,

və 2 sentyabr 2015-ci il tarixdə isə, Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncam əsasında Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunur. Asif Əsgərov RİH-nin başçısı vəzifəsini daşımaqla bərabər, həm də elmi-pedaqoji fəaliyyətini də davam etdirir. Bu şəxs elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, respublika dərəcəli hakimdir.

Qeyd edək ki, Asif Əsgərov ötən illər ərzində mühüm vəzifələr daşıdığında o, idarəçilik sahəsində lazımi göstəricilərə nail olan, eyni zamanda ölkə rəhbəri İlham Əliyev cənablarının yürütdüyü siyasi kursun müdafiə olunmasında müəyyən qədər rolu olan vəzifə sahibidir. 

Bu şəxs RİH-nin başçısı vəzifəsinə təyin olunduğu ilk gündən rayonun hər bir problemini diqqətdə saxlamağa, ələlxüsus əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yöndə əməli addımlarını atmağa başlayır. Nəsimi RİH-nin başçısı atdığı addımları ilə, məhz ona göstərilən etimad və etibarı ən yüksək səviyyədə doğruldur. Belə bir səbəblər üzündəndir ki, KİV nümayəndəsi olaraq Asif Əsgərovun həyata keçirdiyi idarəçiliyin mahiyyətini, daha çox bu şəxsə qarşı formalaşan ictimai münasibətin mahiyyətini ayırd etməyə qərar verdik. Tərəfimizdən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Nəsimi RİH-nin başçısı xalq-dövlət anlayışını uca tutan və bu yöndə əməli addımlarını atan vəzifə sahiblərindəndir. Faktdır ki, bu şəxs icra icra başçısı vəzifəsinə təyin olunduqdan sonra, rayon ərazisində çoxsaylı abadlıq və quruculuq işləri həyata keçirilir, infrastruktur yeniləşmələri özünü göstərir, küçə və məhəllədaxili yolların, kommunikasiya xəttlərinin təmiri, həyətlərin abadlaşdırılması, əhalini narahat edən bir sıra məsələlər üzrə, xüsusilə kommunal məsələlər, o cümlədən enerji, qaz, su və kanalizasiya ilə bağlı müraciətlərin həlli hər zaman diqqət mərkəzində saxlanılır.

Toxunacağımız əsas məsələlərdən biri də odur ki, Asif Əsgərov Nəsimi RİH-nin başçısı olaraq hər zaman şəhid ailələrinə, qazilərə, əlillərə, xəstələrə, imkansız ailələrə və s. qarşı həssas yanaşma nümayiş etdirir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsi zamanı hərbi xidmətdə olanların diqqətdə saxlanması, onların alələrinə məxsus problemlərin həll olunması üçün aidiyyatı üzrə lazımi tapşırıqlarını verir. Müharibə zamanı misilsiz qəhrəmanlıqlar göstərib torpaqlarımızın bütövlüyü uğurunda şəhid olanların dəfn mərasimlərinin xərci, məzar daşlarının hazırlanması, quraşdırılması və s. kimi xərclər RİH-nin daxili imkanları hesabına həyata keçirilir. Bu gün də şəhid ailələri, qazilər, müharibə iştirakçıları və digər imtiyaz sahibi olanlar daim rayon rəhbərliyi tərəfindən diqqətdə saxlanılır. Hər il 27 sentyabrda ANIM GÜNÜ ilə bağlı keçirilən tədbirlər zamanı, Asif Əsgərov başda olmaqla RİH Aparatının rəsmi şəxsləri və digər vəzifə sahibləri şəhid ailələrinə baş çəkir və onların problemləri ilə bir daha maraqlanırlar. Yəni, bunlar yaxın tariximizin yaddaqalan və heç zaman unudulması mümkün olmayan anlarıdır. Bütün bunlar onu göstərir ki, bugünə kimi mənalı həyat yolları keçən və lazımi idarəçilik təcrübəsi toplayan, qəlbində xalqına və dövlətinə qarşı sevgi hissi formalaşdıran Asif Əsgərov, bu gün də üzərinə düşən vəzifə borcunu ən yüksək səviyyədə yerinə yetirir. Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, Asif Əsgərov heç də sıradan bir şəxs deyil.

Əldə etdiyimiz başqa bir məlumatlara görə, Asif Əsgərov xaraktercə yaradıcı və qurucu şəxsdir. Qəlbində xalqına, dövlətinə qarşı sevgi hissi gəzdirən, hər bir şəxsə qarşı olduqca diqqətcil olan bu şəxsin əsas amalı, məhz xalqına və dövlətinə bağlı olmaqdır, onu sevməkdir. O da hər kəsə aydındır ki, RİH-nin başçısı vəzifəsini daşıyan bu şəxs sakinlərinin problemlərini, təklif və istəklərini yaxından dinləmək üçün, ötən illər ərzində mütəmadi olaraq səyyar görüş-qəbullar keçirir. Keçirilən səyyar görüşlər zamanı sakinlər ərazilərdə həyata keçirilən abadlıq və quruculuq işlərinə görə, məhz ölkə rəhbərinə minnətdarlıqlarını bildirirlər. Eyni zamanda, sakinlər ərazilərdəki nöqsan və çatışmazlıqların aradan qaldırılmasını icra başçısından xahiş edirlər. Ölkə rəhbəri bu şəxsə etibar və etimad göstəribsə, deməli möhtərəm Prezident Asif Əsgərovun xarakterik xüsusiyyətini, iş görmək bacarığını, təşkilatçılıq qabiliyyətini və digər göstəricilərini nəzərə alır ki, bu şəxsi paytaxtın Nəsimi rayonuna  rəhbər təyin edir.

Bəli, atılan addımlar onu sübut edir ki, Asif Əsgərov möhtərəm Prezidentin etibar etdiyi, etimad göstərdiyi vəzifə sahiblərindəndir. Düşünürük ki, bu şəxs atdığı addımları ilə Nəsimi rayonunun tarixində silinməz izlər buraxacaq və adı hər zaman qurucu və yaradıcı şəxs olaraq hallanacaq. Rayon sakinlərindən əldə etdiyimiz məlumatlara görə, Asif Əsgərov əldə etdiyi iş təcrübəsini, çevik idarəçilik bacarığını rəhbərlik etdiyi rayona məxsus problemlərin həllinə yönəldir ki, atılan addımları hər kəs görür. Bütün bunların nəticəsidir ki, bu gün hər bir rayon sakinində gələcəyə böyük ümid və hədsiz inam hissi formalaşıb.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir