Hadisə manset

Bağlanan bankda pulu qalan xarici vətəndaş Mərkəzi Bankın qarşısında aksiya keçirib

Sharing is caring!

Bağlanan banklarda əmanətləri olan vətəndaşların öz pullarını götürməsi ilə bağlı yaranmış problem barədə məlumat vermişdik.
Xəbəral.az  xəbər verir ki, belə çətinlik yaşayan əmanətçi olan xarici ölkə vətəndaşı da digər əmanətçilərə qoşularaq 06 iyul 2020-ci il tarixdə Mərkəzi Bankın qarşısında aksiya keçirib. Xarici ölkə vətəndaşı problemlə üzləşdiyini və əmanətinin geri qaytarılmasını tələb edib.
Onu da qeyd edək ki, aprel ayının 28-də bir neçə bankın lisenziyası ləğv edilib. Ləğv olunan banklardan “Ata bank”ASC, “Əmrah bank”ASC, “AG bank”ASC və “NBC bank” ASC-nin əmanətçilərinin əmanətlərinin qaytarılmasında problem yaranıb.
Eyni zamanda xarici vətəndaşın və ölkə vətəndaşlarımızın haqlı olaraq keçirdikləri aksiya bu gün banklar tərəfindən dövlət başçımız Prezident İlham Əliyevin apardığı siyasətə kölgə salınmasına gətirib çıxarır. Bu aksiyaların davamlı olmasına isə üç qurum – Mərkəzi Bank , Əmanətlərin Sığorta Fondu və bağlanan bankların rəhbərləri şərait yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir