Hadisə

Bakı metrosunda ölüm olub

Bakıda 78 yaşlı kişi metroda dünyasını dəyişib.

XəbərAl.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov  açıqlamasında bildirib ki, bu gün saat 16:25 radələrində metronun “28 May” stansiyasının platformasında Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Nazim Əhmədov qəfildən vəfat edib.

Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb. Hazırda prokurorluq əməkdaşlarının və müvafiq qurumların mütəxəssisləri hadisə yerinə hələ gəlmədiyi üçün meyit platformadan götürülməyib