Hadisə

Yarıtmaz Səhiyyə işçisi Kamil Əhmədov Şirvan xəstəxanasına hansı yolla direktor təyin olunmaq istəyir?

Bildiyimiz kimi son illər ölkədə  “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən  səhiyyə sistemində aparılan islahatlar çərçivəsində müalicə-diaqnostika mərkəzlərinin rayon/şəhər mərkəzi xəstəxanalarına birləşdirilməsi prosesi davam edir.
Regionlarda rayon/şəhər mərkəzi xəstəxanaları ilə müalicə-diaqnostika mərkəzlərinin birləşdirilməsi tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərə əlçatanlıq səviyyəsini artırmaq və xidmətlərin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) qərarı ilə eyni minvalla Şirvan şəhər Mərkəzi Xəstəxanası  rayondakı  bir neçə  səhiyyə müəssisəsi ilə birlikdə  “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə çevrilib.
Qeyd edək ki, bu ilin noyabrında “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru İlham Mustafayevə qarşı cinayət işi açılıb və o vəzifəsindən azad edilib.
O vaxtdan indiyəcən bu vəzifə boşdur. Lakin Xəbəral.az– a verilən məlumata görə bu vəzifəyə  neçə müddətdir Kamil Əhmədov  göz dikib. 
Kamil Əhmədov  əvvəllər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ,sonradan Müalicə Diaqnostika Mərkəzinin direktorunun müalicə işləri üzrə müavini vəzifəsində çalışıb. 
K.Əhmədov  hətta rayonda məclislərin birində artıq  onun TƏBİB tərəfindən direktor təyin olunmasının “xeyir -duasının” aldığını bildirib.
Lakin Şirvan sakinlərindən bir neçəsinin bildirdiyinə görə ixtisasca  anestizioloq-reanimatoloq  olan Kamil Əhmədov  təyinat almaqdan ötrü səhiyyə işçiləri üçün tələb olunan  sertifikasiya imtahanından belə keçməyib.
Bundan başqa Şirvan sakinləri onun bu vəzifəyə təyin olunmasına narazıçılıq  edərək deyirlər ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasına cavan kadrlara üstünlük vermək lazımdır, Kamil Əhmədovun isə 60-yaxın yaşı var və 15 il ərzində  səhiyyə sistemində özünü yaxşı göstərməyib.
Sakinlər həmçinin bildirirlər ki, rayonda kifayət qədər yerli  cavan kadrlar var ki, onların potesialından istifadə edərək  yerli səhiyyənin səviyyəsini qaldırmaq olar.

Mənbə: Bolgexeber.com


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir