Hadisə

Məhşur meyxanaçı Aqşin Fatehin Şəhidlərimizə qarşı hörmətsizliyi – VİDEO

Xəbər verdiyimiz kimi noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçuları şəhid olub.

7 şəhid verdiyimiz vaxtda, bu gün meyxanaçı Aqşin Fatehin “By FATEH” (Bakku Music Hall) məkanında vur çatlasın məclisi təşkil edib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Yayılan məlumatlara görə, məhşur meyxanaçı Aqşin Fateh ötən gün şəhid olan hərbi qulluqçularımıza qarşı hörmətsizlik edərək konsert proqramı ilə tamaşaçılarının qarşısına çıxıb.

Qeyd edək ki, leytenant Niftəliyev Ümüd Oruc oğlu; gizir Cabbarov Orxan Hətəm oğlu; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu; əsgər Ağayev Elçin Mərifət oğlu; əsgər Əlizadə Elmin Samir oğlu; əsgər Əliyev Elçin Ramil oğlu; əsgər Xəlilov Murad Qalib oğlu Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olublar.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir