Hadisə

158 saylı uşaq bağçasında koronavirusa yoluxanlar var? – Rəsmi açıqlama

Sharing is caring!

Binəqədi rayonu 158 saylı uşaq bağçasında çalışan işçi heyyəti arasında kütləvi sürətdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların olması haqqında Xəbəral.az  saytı xəbər verir ki, bu haqda Sozcu.az saytına məlumat daxil olub. Mənbənin məlumatına görə, virusun yayılmasına baxmayaraq, uşaq bağçası  fəaliyyətini davam etdirir. Məlumatda, bir müddət öncə bağça uşaqları arasında qarın ağrısı və qusma hallarının baş verdiyi bildirilir.

Məsələ ilə bağlı 158 saylı uşaq baxçasının direktoru Rəfiyyə Əsədova kütləvi yoluxma barədə deyilənləri təkzib etsə də, müəllimələr arasında koronavirusa yoluxan olduğunu təsdiq edərək bildirdi ki, bir nəfər müəllimə virusa yoluxub və hazırda həmin müəllimə məzuniyyətdədir.

Rəfiyyə Əsədova uşaqlarda baş verən qarın ağrısı və qusma hallarının da olduğunu təsdiq edərək, bunun koronavirus infeksiyasına aidiyyəti olmadığını, uşaq bağçasının bütün kollektivinin, o cümlədən bağça uşaqlarının vaxtı-vaxtında həkim müayinəsindən keçdiyini bildirib.Sozcu.az

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir