Hadisə

Bulvarda dənizə düşən qız belə xilas edildi — ANBAAN VİDEO

Sharing is caring!

Bakıda ehtiyatsızlıqdan azyaşlı Xəzər dənizinə düşüb.

XəbərAl.az xəbər verir ki, hadisə günorta saatlarında Dənizkənarı Bulvar ərazisində baş verib.

Bu barədə fotoqraf Ceyhun Abdulla sosial şəbəkə hesabında videogörüntü paylaşıb. Belə ki, yeniyetmə qız ehtiyatsızlıqdan dənizə yıxılıb. Ətrafdakılar dərhal Dənizkənarı Bulvar İdarəsinin mühafizə əməkdaşlarına məlumat verib və əraziyə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib. 
Əməliyyatla dənizə düşən qız xilas edilərək ailəsinə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir