Hadisə

Bakıda üç avtomobil toqquşub, xəsarət alan var – FOTO

Sharing is caring!

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

XəbərAl.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində Şəfa stadionunun qarşısında baş verib.

“Ford” markalı yük avtomobili yüksək sürətlə hərəkətdə olan zaman qarşısındakı “Hyundai” markalı maşına çırpılıb.

“Hyundai” zərbənin gücündən qarşıda hərəkətdə olan “Toyoto” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində “Ford” markalı yük avtomobilinin sürücüsü xəsarət alıb.

Yolda sıxlıq yaranıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Nəqliyyatın hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənib.

Hazırda prospektdə hərəkətdə sıxlıq yoxdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.