Hadisə

Xaçmazda azyaşlı maşının altında qaldı

Xaçmazda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 31-də saat 19:00 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində Ağyazı Buduq kənd sakini N.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini azyaşlı Həmzəlini vurub. Qəza nəticəsində uşaq hadisə yerində vəfat edib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir